Cari ilin ikinci rübündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 1,5 milyon tondan çox neft, 862 milyon kubmetrdən çox qaz emal edilib.
“İki sahil” xəbər verir ki, bu barədə SOCAR-ın cari ilin ikinci rübünə dair qazma, hasilat, emal və ixrac göstəricilərində bildirilib.
Emal olunan qaz həcmləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz artıb, neft həcmləri isə 1,8 faiz azalıb. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 659 min tondan çox neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib. İxrac olunan neft, neft-kimya və qaz-kimya məhsulları ötən ilin analoji dövrü ilə müqayisədə 8 faiz artıb.
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb
SOCAR İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif şirkətlərlə sənədlər imzalayıb
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
“Azəriqaz” İB-nin baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyib
SOCAR ABŞ bankı ilə maliyyə tərəfdaşlığının genişləndirilməsini müzakirə edib