14 avqust 2024 00:17
444

Kişilər arasında xərçəngdən ölüm 2050-ci ilədək iki dəfə artacaq

Avstraliyalı alimlər 2050-ci ilə qədər kişilər arasında xərçəngə tutulma halları ilə bağlı araşdırma aparıblar. Elm adamları onun nəticələrinə əsasən belə qənaətə gəliblər ki, 26 ildən sonra bütün dünyanın kişi əhalisinin xərçəngdən ölüm nisbəti demək olar ki, iki dəfə artacaq.

Bu, Amerika Xərçəng Cəmiyyətinin himayəsi ilə nəşr olunan "Cancer" jurnalında araşdırmanın dərcindən sonra məlum olub. Avstraliyalı alimlər xərçəngə yoluxanların sayının 2050-ci ildə 19 milyona yüksələcəyini proqnozlaşdırırlar. Xatırladaq ki, 2022-ci ildə bu rəqəm 10,3 milyon nəfər təşkil edib.

Eyni zamanda, onlar qeyd edirlər ki, ölüm göstəricisi demək olar ki, iki dəfə artacaq: 5,5 milyondan 10,5 milyona qədər yüksələcək. Avstraliyalılar 185 ölkədə və ərazidə 30 xərçəng növü üzrə statistik məlumatları öyrəndikdən sonra əldə etdikləri nəticələrlə mübahisə edirlər.

Alimlər hesab edirlər ki, 2050-ci ildə ən çox yayılmış xərçəng növü ağciyər xərçəngi olacaq. Ancaq xəstəliklərdə ən böyük artım prostat xərçəngində müşahidə olunacaq. Avstraliya mütəxəssislərinin proqnozlarına görə, bu xəstəlik növü 2022-ci ilə nisbətən 136 faiz daha çox baş verəcək.

Nubar Süleymanova, “İki sahil”