15 avqust 2024 23:58
517

Sən demə beyin hüceyrələri...

İnsan beynində 15 milyard hüceyrə vardır. Bunların  heç yarısı da fəal deyildir.  Mütəxəssislər öyrəniblər ki, insanın dahi olması üçün onların  təkcə 4,5 milyonun fəaliyyət göstərməsi kifayət  edir.  Odur ki, nə qədər çox öyrənmək istəsək, buna beyində olan hüceyrələrin gücü çata bilər.

Danışığında ən az söz olan xalq

Belə bir xalq hazırda Mərkəzi Afrikada yaşayır.  Bu qəbilənin əlifbası  yalnız 26 sözdən ibarətdir.  Odur ki, onlar danışanda ən az söz işlədir.

Ən qədim resept

Həkimlər tərəfindən yazılmış ən qədim reseptin yaşı təqribən  5 min ilə bərabərdir.  Dediyim  tibb sənətinin nümunəsi 1899-cu ildə Nişapur şəhərinin Şuler  xarabalıqlarından  tapılmışdır.  Daş lövhəsi olan bu tapıntının üzərində  mixi əlifbasında həkim resepti yazılmışdı.

Ağacların böyümə vaxtı

Dünya alimləri öyrəniblər ki, ağacların böyümə vaxtı  əsasən gecə vaxtı baş verir.  Belə ki, axşam  saat 9-dən səhər saat 6-ya qədər çəkir. Bunun da 90 faizi qaranlıq gecəyə,  10 faizi  isə axşam çağına düşür. Qalan vaxtlar isə ağaclar böyümək üçün   “yatmaqla” özünə  güc toplayır.

Ağcaqanad sevgisi...

Ağcaqanadı məncə tanımayan olmaz. Çünki qızmar yay günlərində bizim ən yaxın sirdaşımız məhz onlardır. Sən demə gecələr bizi yuxusuz qoyan, halal qanımızı dədə malı kimi sovuran bu həşəratlar kişilərdən  çox qadınlara meyllidir.  Ən əsası da sarışın qızlara və hamilə qadınlara daha yaxın olurlar. Səbəbinə   gəldikdə isə dünya  alimləri nə qədər baş sındırsalar  da hələlik bu “sevginin” sirrini aça bilmirlər.

İlk dəfə pulsuz kitabxana

Pulsuz kitabxana ilk dəfə Rusiyanın paytaxtı Moskva  şəhərində öz oxucularını qəbil edib.  Bunun əsası da  1iyul 1862-ci ildə qoyulmuşdur. 

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü