16 avqust 2024 02:57
449

Konveyer sürücüləri əvəz edəcək?

Yükdaşıma sahəsində kadrlarla bağlı problemlərlə qarşılaşan Yaponiya dünyanın ən uzun nəqliyyat kəmərini qurmağı planlaşdırır.

Orta ömür uzunluğu, aşağı doğum nisbəti planetin ən qədim dövlətlərindən biri olan Yaponiyanı hazırda çətin vəziyyətə salıb və nəticədə əmək qabiliyyətli əhalinin, o cümlədən kommersiya nəqliyyat vasitələrinin sürücülərinin çatışmazlığı kimi demoqrafik problemlər var. Ölkədə bu problemin fəsadları 2030-cu ilə qədər 36% mənfi nəticələrə səbəb olacaq. Problemi həll etmək üçün yaponlar gözlənilməz bir yola əl atmağı qərar veriiblər.

Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi bir-birini tamamlayan iki variantda Tokio və Osaka arasında qapalı nəqliyyat marşrutunun yaradılması planını təqdim edib. Birincisi, malların hərəkət edə biləcəyi əsas yollar boyunca (zolaqlar arasında və ya onların altında) bir çox hissələrə bölünmüş konveyer kəmərini əhatə edir. Başqa bir üsul onlar üçün salınmış tunellərin içərisində hərəkət edəcək elektriklə idarə olunan robot yük arabalarının istifadəsini nəzərdə tutur.

“İdeya sadədir və strukturun miqyasını, müxtəlif coğrafi şəraitdə 500 kilometrdən çox məsafəni və tikintisinin astronomik dəyərini (3,7 trilyon yen, təxminən 23 milyard ABŞ dolları) nəzərə almasanız, onun xüsusilə inqilabi olduğunu söyləmək olmaz.” “Japan News” belə yazır.

Lakin istismara verildikdən sonra “Autoflow Road” nəqliyyat sistemi nəzəri olaraq alıcılara gündə 25 min sürücü ilə eyni həcmdə yük çatdıra biləcək.

Nubar Süleymanova, “İki sahil”