Bakıda keçiriləcək COP29 (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) konfransı üçün COP29 Radiospektrin idarə edilməsi portalı fəaliyyətə başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə COP29-un sosial şəbəkə hesablarında məlumat verilib.
"Dünyanın hər yerindən akkreditə olunmuş iştirakçılar indi bu portal vasitəsilə öz radioelektron avadanlıqlarını qeydiyyatdan keçirə və müvəqqəti radiospektrin ayrılması üçün müraciətlərini təqdim edə bilərlər", - paylaşımda vurğulanıb.
Xatırladaq ki, COP29 noyabrın 11-dən 22-dək Bakı şəhərində keçiriləcək.
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir
Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək