01 dekabr 2017 00:31
1034

"İnstagram"-a görə dünyanın ən populyar şəhərləri

"İnstaqram" sosial şəbəkəsi dünyanın ən populyar şəhərlərinin adını açıqlayıb.

Siyahı sosial şəbəkədəki fotolar və digər məlumatlar əsasında hazırlanıb.

Siyahıya liderliyi Nyu-York şəhəri edir. 

İkinci pillədə London qərarlaşıb.

Dünyanın ən populyar şəhərləri sırasında üçüncü yerdə Moskvanın adı var.

İlk onluğa San-Paulu, Paris, Los-Anceles, Sankt-Peterburq, Cakarta, İstanbul və Barselona kimi şəhərlərin adı əlavə edilib.