17 avqust 2024 01:57
492

Şengen vizası ilə bağlı 5 maraqlı fakt

Avropa dünyanın hər yerindən turistləri cəlb edir. Köhnə Praqanın gözəlliyinə heyran olmaq, Eyfel qülləsinə qalxmaq və ya İtaliya çimərliklərində günəş vannası qəbul etmək üçün bir çox ölkənin vətəndaşlarına Şengen vizası lazım olur. Bu sənəd haqqında bütün səyahətçilərin bilmədiyi beş maraqlı faktı təqdim edirik.

1. Şengen vizasını yeni pasporta köçürmək mümkün deyil. Əgər nikahdan sonra soyadınızı dəyişmisinizsə və ya “etibarlı” Şengen vizası ilə pasportunuzun müddəti bitibsə, Şengen bölgəsinə səyahət etmək üçün yeni viza almalısınız. Şengen vizası üçün müraciət edərkən pasportun etibarlılıq müddəti kifayət qədər uzun olmalıdır.

2. Şengen vizasını vasitəçi olmadan özünüz ala bilərsiniz.. Əksər insanlar viza mərkəzlərinə üz tuturlar. Ourada ölkədən asılı olaraq vizanın qiymətinə 20-30 € xidmət haqqı əlavə olunur. Şengen ölkəsinin konsulluğuna birbaşa müraciət etməklə bu pula qənaət etmək mümkündür.

3. Vizanın müddəti nə qədər uzun olsa da, ölkədə yaşamaq üçün icazə almadan eyni müddət ərzində orada yaşaya bilməzsiniz. Tez-tez Avropaya səfər edən insanlara bir illik, üç il və ya beş il müddətinə çoxsaylı Şengen vizası verilə bilər. Ancaq unutmayın ki, uzunmüddətli viza ilə belə, müqavilə ölkələrinin ərazisində fasiləsiz qalma müddəti hər altı ayda 90 günlə məhdudlaşır. Avropa İttifaqı ölkələrində daha çox vaxt keçirməyi planlaşdıranlar hər 90 gündən bir ərazini tərk etməli olacaqlar.

4. Əgər bir neçə ölkəyə səfər etməyi planlaşdırırsınızsa, ən çox vaxt keçirməyi planlaşdırdığınız ölkə üçün viza almağınız məsləhətdir. Məsələn, İtaliyaya 3 gün, Fransaya isə 5 gün səyahət edirsinizsə, Fransa konsulluğuna viza üçün müraciət edin.

5. Şengen vizasına malik olmaqla başqa ölkələrə də səfər etmək imkanınız var. Şengen vizanız olduqdan sonra Şengen zonasına daxil olmayan San Marino, Vatikan və Monako kimi ölkələrə səfər edə bilərsiniz. Bundan əlavə, Şengen çoxdəfəlik giriş vizası ilə siz Meksika, Gibraltar və Xorvatiyaya daxil ola bilərsiniz.

Nubar Süleymanova, “İki sahil”