“Yaşıl maliyyələşdirmə” üzrə Liderlər Sammiti oktybarın 11-də Vaşinqtonda keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə “Report” Amerika-Azərbaycan Ticarət Palatasının (USACC) “X” sosial şəbəkəsində dərc olunmuş məlumatına istinadən xəbər verir.
Paylaşımda Palatanın USACC, ABŞ Ticarət Nazirliyi və Cons Hopkins Universitetinin “Bloomberg” Mərkəzi ilə “yaşıl maliyyələşdirmə” üzrə Liderlər Sammitinin iştirakçısı olmağa dair çağırış var.
Qeyd olunur ki, tədbir COP29 ərəfəsində təşkil olunacaq və mühüm ekspertlər və rəsmi şəxslərlə birlikdə dayanıqlı gələcək üçün maliyyə mexanizmlərinin araşdırılmasına həsr olunacaq.
Sammit Cons Hopkins Universitetinin “Bloomberg” Mərkəzində keçiriləcək.
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir
Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək