SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) məzunları Rəşad və Rəşid Azadlı qardaşları “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanıblar.
“İki sahil” xəbər verir ki, əkizlər BANM-da eyni ixtisasla yanaşı, həm də eyni qrupda təhsil alıblar.
Rəşad Azadlı - (2024-cü il məzunu) ABŞ-nin Texas A&M Universitetinin Təhlükəsizlik mühəndisliyi ixtisasında magistratura təhsili alacaq. Rəşad 2019-cu ildə 679,3 balla BANM-ın Neft-qaz mühəndisliyi ixtisasına daxil olub. Prezident təqaüdçüsü idi. Tələbəlik illərində SOCAR-ın “Gənc İstedadlar Proqramı”nın qalibi olub. Ölkə daxili və xaricində bir sıra yay məktəblərində iştirak edib. “bp Summer Engineering School”, bp-nin təlim düşərgəsi və Polşanın Krakov şəhərində keçirilən “SPINAKER Yay məktəbinin II buraxılışı”nın iştirakçısı olub.
Rəşid Azadlı - (2024-cü il məzunu) Britaniyanın Mançester Universitetinin Bərpa olunan enerji və təmiz texnologiya ixtisasında magistratura təhsili alacaq. Rəşid 2019-cu ildə 663 balla Ali Məktəbin Neft-qaz mühəndisliyi ixtisasına daxil olub. Tələbəlik illərində “SOCAR UPSTREAM Management International MMC” şirkəti və “Bahar Energy” əməliyyat şirkətində təcrübə keçib. SOCAR-ın “Gənc İstedadlar Proqramı”nın qalibi olub. BANM-ın Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransında iştirak edib, fərqlənmə dərəcəsinə layiq görülüb. “Mühəndislər üçün biznes təhsili” layihəsində iştirak edib.
Məzunlarımızı təbrik edir, qürur duyuruq!
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR