SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) "Qarabağ əcnəbi tələbələrin gözündə" adlı tədbir keçirilib. Tədbir BANM-ın ev sahibliyi, Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutub.
“İki sahil” xəbər verir ki, Azərbaycan universitetlərində təhsil alan 30 əcnəbi tələbəyə Qarabağ tarixi, bölgənin ictimai-siyasi mənzərəsi, zəngin mədəniyyəti haqqında ətraflı məlumat verilib.
Bundan başqa, mədəniyyətlərarası anlaşmanın təşviqi və “Böyük Qayıdış” ilə bağlı geniş müzakirələr aparılıb. Ali Məktəbin Tədbirlərin və sərgilərin təşkili şöbəsinin Tarixi araşdırmalar üzrə mütəxəssisi Pərvin Ahənçi tarixi həqiqətlər barədə çıxış edib.
Layihənin meneceri isə BANM-ın Beynəlxalq əlaqələr şöbəsinin böyük metodisti Şəfəq Vəliyevadır.
Sonda tələbələrə sertifikatlar təqdim olunub.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR