30 noyabr 2017 00:52
987

Hər "like"a görə arvadına bir yumruq vurdu

Uruqvayda dəhşətli ailə münaqişəsi qeydə alınıb.

Cani ər "Facebook"da arvadına gələn hər "like"a görə bir yumruq vurub.

Nəticədə qadın tanınmaz hala gəlib. Bəxtsiz qadın əməliyyat edilib, əri isə həbsə göndərilib.

Adolfina Kamelli Ortiqoza adlı adamın etdikləri Uruqvayda sərt reaksiyalara səbəb olub.Qısqanclıq krizi keçirən ər sosial şəbəkədə arvadının fotosuna gələn hər "like"a görə bir yumruq vurub.32 yaşlı Adolfina özündən 11 yaş kiçik həyat yoldaşını tanınmaz hala gətirib.

Arvadını amansızca döyən Adolfina qadının qışqırmaması üçün ağzına hamam dəsmalı tıxayıb.Sonra isə onun öldüyünü düşünüb. Qadın isə burnundan və dodaqlarından əməliyyat edilib.

Adolfinanın atası da polisə şikayət edib. Saxlanılan caniyə 30 il həbs cəzası verilə bilər.