21 avqust 2024 00:02
549

Avtomobil sürərkən nə qədər spirtli içki içmək olar?

Bir çox ölkələrdə sərxoş halda avtomobil idarə etmək tamamilə qadağandır. Ancaq bəzi ölkələrdə istəsəniz bunu edə bilərsiniz.

Sərxoş halda avtomobil idarə etmək bütün dünyada yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri olaraq qalır. Ölkələr çox vaxt fərdi, mədəni və hüquqi yanaşmalarını əks etdirən qanda müxtəlif qanuni spirt səviyyələrini təyin edirlər.

Qanda spirtin miqdarını ölçmək üçün xüsusi bir ölçü istifadə olunur - ppm. Bu kontekstdə 1 ppm qan litrinə 1 qram spirtə bərabərdir. Yeri gəlmişkən, belə bir konsentrasiya artıq ciddi psixomotor pozğunluğa səbəb ola bilər. Buna görə də icazə verilən qanuni standartlar adətən çox aşağıdır. Aydınlıq üçün bildirək ki, bir şüşə pivədə təxminən 0,5 ppm, bir şüşə araqda isə 2 ppm-dən çox spirt var.

Bu ölkələrdə sərxoş halda avtomobilə yaxın durmayın!

Bəzi ölkələrdə sərxoş vəziyyətdə avtomobil idarə etmək qəti qadağandır. Buna görə də qanda spirtin icazə verilən səviyyəsi təbii olaraq 0,0 ppm təşkil edir. Belə ölkələrə misal üçün Əfqanıstan, Azərbaycan, Braziliya, Çexiya, İran, Qazaxıstan, Somali, Maldiv adaları, Rumıniya, Birləşmiş Ərəb Əmirlikləri və Vyetnamı göstərmək olar.

Bir çox ölkələr də var ki, qanda spirtin icazə verilən səviyyəsi mütləq minimuma yaxındır. Məsələn, Çin, Estoniya, Norveç, Polşa və Ukraynada icazə verilən həddi 0,2 ppm, Albaniya və Kubada isə 0,1 ppm ilə məhdudlaşdırılıb. Belə ölkələrdə elə ən yaxşısı içki içməmək və maşın sürməməkdir, çünki ən kiçik ehtiyatsızlıq sürücünün cərimələnməsi və digər cəzalarla nəticələnə bilər.

Formal olaraq mümkün olan yerlər

Əksər digər ölkələrdə məhdudiyyətlər daha az sərtdir və lazım olduqda bir qədər sərxoş halda avtomobil idarə etməyə imkan verir.

Məsələn, 2024-cü ildə Rusiyada yol hərəkəti qaydalarına görə qanda spirtin icazə verilən səviyyəsini 0,3 ppm olaraq təyin edilib. Bu miqdar təxminən 4-5 saatdan sonra 0,5 litrlik pivə içən yetkin kişinin bədənində qalan səviyyədir. Eyni zamanda, hər bir orqanizmin alkoqol sərxoşluğunun fərqli şəkildə öhdəsindən gəldiyini başa düşmək vacibdir.

Eyni standart - 0,3 ppm - Belarus, Ekvador, Gürcüstan, Hindistan, Yaponiya, Serbiya və Tacikistanda müəyyən edilmişdir.

Daha yüksək haradadır?

Bir çox ölkələrdə icazə verilən qan spirt səviyyəsini 0,5 ppm (Argentina, Avstraliya, Avstriya, Bolqarıstan, Danimarka, Finlandiya, Almaniya, Yunanıstan) və hətta 0,8 ppm (Ermənistan, Kanada, İordaniya, ABŞ və Venesuela) ilə məhdudlaşdıran daha “demokratik” məhdudiyyətlər var.

Əksər Afrika ölkələri 0,8 ppm həddi ilə öyünə bilər. Cənub-Şərqi Asiyada bir ada dövləti olan Palauda qanda spirtin icazə verilən səviyyəsi 1 ppm-dir.

Qəza statistikasına təsiri

Qanda spirtin icazə verilən səviyyəsindəki fərqlər yol qəzalarının statistikasına təsir göstərir. Limiti sıfır olan ölkələrdə alkoqolla bağlı qəzaların nisbəti daha aşağı olur. Rusiyada ciddi qanunlara baxmayaraq, alkoqol sərxoşluğu ilə bağlı qəzaların səviyyəsi yüksək olaraq qalır. Tədqiqatlar göstərib ki, içki ilə bağlı sürücülük qanunları sərt olan ölkələrdə qəzalarda 10-30% azalma müşahidə olunur.

Nubar Süleymanova, “İki sahil”