Son yüz ildə aparılan müşahidələr göstərir ki, iqlim dəyişikliyinin fəsadları özünü son dərəcə tez büruzə verir.
“İki sahil” xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Kommunikasiya şöbəsinin rəhbəri Aleksandr Sayer “29 İqlim Söhbəti: COP29-a gedən yol” adlı tədbir çərçivəsində COP29 üçün effektiv kommunikasiya strategiyalarına dair media seminarında bildirib.
“Əvvəllər iqlim dəyişikliyinə uyğunlaşmaq üçün ildə təxminən 100 milyard ABŞ dollarına ehtiyac olduğu müəyyən edilmişdi, lakin son illərdə əmin olduq ki, iqlim dəyişikliyi və onun fəsadları özünü daha sürətlə göstərir və getdikcə daha çox investisiya tələb edir”, - o qeyd edib.
A.Sayer əlavə edib ki, Bakıda keçiriləcək sessiya iqlim maliyyələşdirilməsi ilə bağlı məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edəcək.
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir
Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək