COP təkcə ətraf mühitin mühafizəsi deyil, daha geniş anlayışdır. Burada söhbət gələcəyin iqtisadi modelinin tamamilə fərqli olmasından gedir.
“İki sahil” xəbər verir ki, bunu COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai “29 İqlim Söhbəti: COP29-a gedən yol” adlı tədbir çərçivəsində keçirilən “COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarında bildirib.
O bildirib ki, bu proses bütün sahələrə təsir edəcək:
"Burada qəbul olunan qərarlar bütün sahələri əhatə edəcək. Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bir çox önəmli qərarların, xüsusilə maliyyə hədəfinin dəqiqləşdirilməsi baxımından əhəmiyyətli olacaq. Bu prosesə təkcə təşkilatlar, dövlətlər deyil, iqtisadi və maliyyə qurumları, banklar, investorlar və s. də qoşulacaq. Qlobal qərarların şahidi olacağıq".
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir
Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək