Pakistanın Ravalpindi şəhərində sərnişin avtobusu uçuruma aşıb.
“İki sahil” xəbər verir ki, hadisə nəticəsində 1-i uşaq olmaqla 29 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb.
Pəncab əyalətinin axtarış-xilasetmə rəsmisi Usman Qujjar bildirib ki, qəzaya avtobusun əyləclərinin işləməməsi səbəb olub.
Məhərrəm Ağalaroğlu, “İki sahil”