27 avqust 2024 00:29
434

Hələ də ana qucağında gəzən 25 yaşlı kişi

Hindistanın Uttar Pradeş ştatının Çansi şəhərinin sakini, 25 yaşlı Ravi Kumarın boyu cəmi 24 düym, çəkisi isə 7 kiloqramdır. Kumarda beş yaşından etibarən nadir bir xəstəlik səbəbiylə böyümə dayanıb.

Cəmi 24 düym boyu və 15,4 funt (7 kq) ağırlığında olan Ravi Kumar Hindistanın ən kiçik yetkinlərindən biri hesab olunur.

Kumar ailəsində boyu əskikliyi olan yeganə üzvdür və anası hələ də ona körpə uşaq kimi baxır, onu hər yerə qucağında aparır.

Uşağın 5 yaşında böyüməsi dayananda anası onu həkimə aparıb. Orada ona məlumat veriblər ki, körpə qalxanabənzər vəzi xəstəliyindən əziyyət çəkir və bu, onun böyüməsini ləngidir.

"Onu bir çox həkimə apardıq və onlar bizə qalxanabənzər vəzinin xəstəliyindən əziyyət çəkdiyini dedilər. Müalicə mümkündür, amma bunu ödəmək üçün kifayət qədər pulumuz yoxdur”, - deyə Ravinin anası bildirib.

Tarixin ən qısa boylu adamı, boyu cəmi 54,6 sm olan nepallı Çandra Bahadur Danqi olub.

Cırtdanlıq orta boydan əhəmiyyətli dərəcədə aşağı olan tibbi vəziyyətdir. Bu, adətən, genetik faktorlar, hormonal balanssızlıqlar və ya sümük böyüməsinə təsir edən tibbi vəziyyətlərdən qaynaqlanır.

Cırtdanlığı olan insanlar fiziki çətinliklərlə üzləşsələr də, orta boylu insanlar kimi eyni qabiliyyət və istəklərlə normal həyat sürə bilirlər.

Nubar Süleymanova, “İki sahil”