28 avqust 2024 09:42
418

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub.

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.

Bildirilib ki, avqustun 28-i saat 06:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.