Bu müalicə üsulu ta qədimdən nənələrdən bizə qalıb. Ondan istifadə etmək isə həmişə faydasını verir. Özü də müalicə çox asan və ucuz başa gəlir. Məsələn, orta həcmli baş soğanı bişirdikdən sonra onu iki hissəyə bölürlər. Bir parasının kəsilmiş üz tərəfini isti-isti çibanın üstünə qoyur və bağlanır. Sarğı dörd saatdan bir dəyişdirilir.
Daha bir üsul. Azca çovdar unu, bal, eləcə yaş gil götürülür. Bunlar mətləşənə qədər qarışdırılıb yoğurulur. Nəticədə həmin tərkibdən alınmış məhlulu çibanın irinli yerinə qoyurlar. Üstünü isə təmiz kağız ilə ötür və sarıyırlar. Bu müalicə qısa müddətdə öz effektli təsirini göstərir.
Həmçinin çovdar çörəyini çeynəyir, onu həm də yaxşıca duzlayır. Hazır məhlul çiban olan yerə qoyulur və möhkəm bağlanır. Özü də bu üsul sadə və asan olmaqla bərabər, olduqca güclü təsirə malikdir.
İndi bizlərə qalır sağlam həyat yaşamaq naminə nənələrin müalicə üsuluna əməl etmək.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü