UEFA Konfrans Liqasının pley-off mərhələsində "Omoniya" (Kipr) ilə qarşılaşacaq "Zirə"nin oyununa maraq böyük deyil.
“İki sahil” xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadənin "Report"a verdiyi məlumata görə, 6700 tamaşaçı tutumuna malik "Dalğa Arena"da keçiriləcək cavab qarşılaşmasına 2000-ə yaxın bilet satılıb.
Qeyd edək ki, bu gün, saat 20:00-da baş tutacaq oyunu Latviyadan olan baş hakim Vitaliys Spasyonnikovs idarə edəcək.
Tərəflər arasındakı ilk oyunda Kipr təmsilçisi 6 cavabsız qolla qalib gəlib.
“Sabah” – “Borussiya Dortmund” oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
Qazaxıstanın Aktau şəhərində keçirilən cüdo üzrə Asiya Açıq Turniri başa çatıb