Əgər əvvəllər bomba kütləvi qırğın silahı idisə, indi bioloji silahdır. Rusiyanın Milli Araşdırmalar Mərkəzinin Kurçatov İnstitutunun prezidenti Mixail Kovalçuk “Rossiya 1” telekanalına eksklüziv müsahibəsində müasir reallıqlarda təhlükəsizlik sistemi ilə bağlı fikirlərini bölüşüb.
“Bioloji silah nə deməkdir? Məsələn, bu gün müəyyən xüsusiyyətlərə malik bir virus yarada bilərsiniz. İstəsəniz siz onu hərəkətini gücləndirə, zəiflədə və ya ona nəsə daxil edib faizini artıra bilərsiniz”, - Kovalçuk bildirib.
Alimin sözlərinə görə, Sovet İttifaqında unikal bioloji təhlükəsizlik sistemi yaradılmışdı.
“Niyə amerikalılar keçmiş sovet respublikalarının ərazisindəki laboratoriyalarımızı dərhal götürdülər? Hər bir respublikada sanitar-epidemioloji stansiyalar var idi. Onlar Ukraynaya, Belarus, Moldovaya, Qazaxıstana daxil oldular və bu stansiyaları dərhal Müdafiə Nazirliyinin tabeliyinə götürdülər. Nə üçün? Orada kolleksiyalar var idi. Hər bölgə üçün xarakterik olan viruslar, bakteriya və patogenlər toplanmışdı. Hazırda isə həmin yerlər qapalı zonalar elan edilib. Orada onlar bioloji silah yaratmaqla məşğul olurlar”, - deyə alim bildirib.
Kovalçukun fikrincə, genetika dərindən öyrənilməlidir və bunun üzərində yaranan təhlükəni dərhal müəyyən etməyin mümkün olması üçün biotəhlükəsizlik qurulmalıdır.
Nubar Süleymanova, “İki sahil”