İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiola komandada çalışanlara pul mükafatı verib.
“İki sahil” "The Times" nəşrinə istinadla xəbər verir ki, "şəhərlilər"in çalışdırıcısı klubda işləyən aşpazlara, həkimlərə, mühafizəçilərə və təchizatçıların hər birinə 10 min funt sterlinq ödəyib.
Qeyd edək ki, 2016-cı ildən "Mançester Siti"yə rəhbərlik edən Qvardiola ötən mövsüm İngiltərə Premyer Liqasında çempionluq sevinci yaşayıb.
“Sabah” – “Borussiya Dortmund” oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
Qazaxıstanın Aktau şəhərində keçirilən cüdo üzrə Asiya Açıq Turniri başa çatıb