27 noyabr 2017 18:33
544

Leonardo da Vinçinin əlyazmaları nümayiş olunacaq

Məşhur rəssam Leonardo da Vinçinin əlyazmaları gələn il İtaliyanın Florensiya şəhərində açılması nəzərdə tutulan sərgidə nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, sərgi dahi rəssamın ölümünün 500-cü ildönümünə həsr olunacaq. Əlyazmalar 72 səhifədən ibarətdir.

Bu əlyazmaları dünyanın ən zəngin iş adamı Bill Qeyts 1994-cü ildə 30 milyon dollara alıb.