02 sentyabr 2024 23:54
586

SOS əslində nə deməkdir?

SOS hərfləri filmlərdə, xüsusilə cizgi filmlərində qəhrəmanın kimsəsiz bir adaya düşdüyü yerdə görünür. Vladimir Visotski, ABBA qrupu, yerli ulduzlarımızdan Aygün Kazımovanın mahnılarında bu sözü eşitmişik.  SOS 1905-ci ildən fövqəladə hal kodu kimi istifadə olunur. Bəs SOS əslində nə deməkdir?

“Ruhumuzu xilas et”

Xeyr, SOS "ruhumuzu xilas et" demək deyil.

Məşhur inancın əksinə olaraq, SOS “Ruhumuzu xilas et”, “Ruhlarımızı xilas et”, “Gəmimizi xilas et” və ya “Xüsusi təcili siqnal” demək deyil. Əslində, S0S heç nə demək deyil və buna görə də çoxyönlüdür.

SOS hətta qısaltma da deyil. Bu, daha az əhəmiyyətli teleqraf ötürülmələrindən fərqləndirmək üçün Almanina hökuməti tərəfindən qəsdən 1905-ci il radio rabitəsi qaydaları kodeksinə daxil edilmiş Morze kodu ardıcıllığıdır. Morze əlifbasında SOS belə görünür:

". . . — - -. . ."

Üç nöqtə, üç tire, üç nöqtə

Beynəlxalq gəmilərin dənizlərdə getdikcə daha çox sıxlaşdığı və Morze əlifbasının onlar arasında yeganə ani əlaqə vasitəsi olduğu bir vaxtda gəmilərə problemlərə siqnal vermək üçün qısa və aydın bir üsul lazım idi.

Başlanğıcda müxtəlif ölkələr müxtəlif təhlükə kodlarından istifadə edirdilər. Məsələn, Böyük Britaniyada CQD siqnalından istifadə olunurdu. Bu, D hərfi əlavə edilməklə bütün CQ stansiyalarına ümumi çağırışdan ibarət idi. D ingiliscə “təhlükə” sözünün ilk hərfidir. Ancaq bu siqnal tutmadı, çünki qəza siqnalı çox vaxt ümumi çağırışla qarışdırılırdı.

Almaniya hökuməti tərəfindən təklif olunan üç nöqtə və tire ardıcıllığı tezliklə rəsmi təhlükə siqnalına çevrildi. SOS heç bir məlum söz və ya abbreviatura yaratmadığı üçün yanıldıcı deyildi. Bundan əlavə, siqnal tam simmetriyaya sahib idi. SOS təkcə palindrom deyil (həm sağdan sola, həm də soldan sağa eyni oxunan söz), həm də ambiqramdır. Yəni tərs olanda belə eyni oxunur. Qumda çəkilmiş və ya daşlarla örtülmüş SOS xilasedici təyyarənin hansı istiqamətdən gəldiyindən asılı olmayaraq SOS kimi görünür.

Nubar Süleymanova, “İki sahil”