04 sentyabr 2024 13:18
346

Gəncin düşdüyü quyu “kanalizasiya quyusu” deyil - VİDEO

Bəzi media orqanlarında Masallı rayonundan Bakıya istirahətə gələn gəncin kanalizasiya quyusuna düşərək xəsarət aldığı ilə bağlı dəqiqləşdirilməmiş və yanlış məlumat yayılıb. 

“İki sahil” xəbər verir ki, həmin məlumatda qeyd olunur: “Hadisə bu gün (3 sentyabr) günorta saatlarında Azərbaycan prospekti 57 A ünvanında baş verib. Zərərçəkənin sözlərinə görə, kanalizasiya quyusunun qapağı olsa da, qırıq olub. Daha sonra həmin qapağın üstündən keçərkən içinə düşüb. Nəticədə müxtəlif bədən xəsarətləri alıb”. 

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidməti bu məlumatın həqiqətə nə qədər uyğun olduğuna aydınlıq gətirib: 

Azərbaycan prospekti 57 A ünvanı Yasamal rayonu ərazisində yerləşir. Rayon sukanal idarəsinin əməkdaşları hadisə yerindən videoməlumat hazırlayıblar. Məlum olub ki, “kanalizasiya quyusu” kimi təqdim olunan quyu kabel-kanal quyusudur,  İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin fəaliyyət sferasına aid deyil, hadisənin Xidmətlə heç bir əlaqəsi yoxdur. 

Xahiş edirik, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə aid olduğu iddia edilən bütün mövzuları dəqiqləşdirmək üçün məlumatı yaymadan öncə qarşı tərəfin - qurumun mövqeyi öyrənilsin.