05 sentyabr 2024 01:25
450

Miyarderlərin cənnəti: Laqosda Banan adası

Banan Nigeriyanın ən böyük şəhəri Laqosun İkoyi məhəlləsində süni şəkildə yaradılmış kiçik bir adadır.

2000-ci ildə yaradılan bu ada ölkənin ən zəngin və ən tanınmış ailələri tərəfindən məskunlaşan, ölkənin ən böyük şəhəri və maliyyə mərkəzi olan Laqosun səs-küy və izdihamından uzaqda onun sakit, dinc atmosferindən zövq alan milyarderlər cənnətidir.

Adanın adı fərqli formasından gəlir.

Ölkənin qalan hissəsində olduğu kimi, Banan adasında da daşınmaz əmlak qiymətləri torpağın dəyərinə əsaslanır. Adada nadir hallarda bazara çıxan fərdi evlərin qiymətləri 1 milyard NGNN (2,75 milyon ABŞ dolları) səviyyəsindən başlayır.

Adada ilk tikilən evlər Britaniya və Dubayın ənənəvi üslubundadır. Onların çox təmtəraqlı və gözəl bağları var. Yenilər isə daha müasirdir, düz bucaqlıdır və daha az torpaq sahələri var.

Banan adası səs-küylü Laqosun ortasında cənnət parçası hesab edilir. Adada tıxaclar olmur. Banan adasında mülkə sahib olmaq sosial təbəqənizin göstəricisi sayılır.

Lüks şərait, ən məşhur dj-lərin gəldiyi klub və barları olan Ikoyi həm də alış-veriş yeridir. Eksklüziv mağazalarda istənilən məşhur markaları tapmaq olar.

Nubar Süleymanova, “İki sahil”