Avstraliyada həm maraqlı, həm də həyəcanlı anlar yaşanıb. Belə ki, iki kişi və bir it timsahların yaşadığı bataqlıqda maşınlarını batıraraq maşının damına yerləşməli olublar.
Verilən məlumata görə, iki dost balıq ovuna getmək üçün Damper yarımadasına yola düşüblər. Getdikləri yerdə onların avtomobili bataqlıqda batıb. Qeyd olunur ki, onlar dərinliyi 9 metrə çatan bataqlıq ərazidə köməksiz vəziyyətdə qalıblar. Bu ərazidə çoxlu sayda timsahların olduğundan, onlar avtomobilin damına qalxmağa məcbur qalıblar.
Balıq ovuna gedən dostlardan xəbər olmadığına görə, ailə üzvləri polisə müraciət ediblər və elə həmin gündən axtarışa start verilib.
Havadan axtarışlar zamanı polislər itkin düşmüşləri maşının damında halzıs vəziyyətdə tapıblar. Onlar beş gün maşının damında qalaraq maşına dolan suyu və palçığı çölə atmağa çalışıblar. Onlar dərhal xəstəxanaya yerləşdirilib və lazım olan ilkin tibbi yardım həyata keçirilib.
Könül Əliyeva, “İki sahil”