Peruda dəfn mərasimi zamanı ölənin qohumları anidən onun nəfəs aldığını hiss ediblər. Mərasimdə iştirak edən həkim həqiqətəndə ölü hesab edilən şəxsin nəfəs aldığını təsdiqləyib.
24 yaşlı Tinqo Mariyanın ölümünə səbəb dişinin çəkilməsi əməliyyatından sonra baş verən ağırlaşma olub. Dəfn zamanı yaxınları onun nəfəs alıb verdiyini hiss ediblər və dərhal onu xəstəxanay yerləşdiriblər.
Qeyd etmək lazımdır ki, tez - tez həkimlər səhvən ölüm diaqnozu qoyurlar. Məsələn, 2001 - ci ildə San - Pauluda 70 yaşlı kişi topağa basdırılan zaman qəfildən dostunun əlindən tutub. Dərhal xəstəxanaya aparılmasına baxmayaraq yaşlı kişi yenidən dünyasını dəyişib.
Könül Əliyeva, “İki sahil”