Azərbaycan hökuməti bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasında (COP29) iştirak etmək üçün akkreditasiyadan keçmiş nümayəndələrə pulsuz viza almaq imkanı yaradıb.
“İki sahil” xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) katibliyindən bildirilib.
Məlumata görə, sənədi rəsmi viza portalı, eləcə də Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə əldə etmək olar.
“COP29 vizası sənədi rəsmi elektron viza portalı vasitəsilə almaq üçün onlayn müraciət edildikdən və ya Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarına ərizə verildikdən sonra üç iş günü ərzində verilir”, - məlumatda qeyd olunub.
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir
Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək