07 sentyabr 2024 23:50
350

Fransızlar Makronun baş nazir təyinatına etiraz edir

Nümayişlər Paris, Bordo, Lion və Nitsa kimi şəhərlər də daxil olmaqla 130 fərqli yerdə keçirilir

Fransa prezidenti Emmanuel Makronun ölkədə uzun müddətdir davam edən siyasi böhrandan sonra Avropa İttifaqının (Aİ) keçmiş Brexit üzrə baş müzakirəçisi Mişel Barnieri baş nazir təyin etməsi böyük etiraza səbəb olub.

“İki sahil” xəbər verir ki, etiraza səbəb seçkilərdə sol ittifaq birinci olsa da, sağ mərkəzçi namizədin baş nazir təyin edilməsidir.

Bildirilir ki, Həmkarlar ittifaqları və solçu siyasi partiyaların etiraz çağırışından sonra bu gün ölkə boyu minlərlə insan küçələrə çıxıb. Nümayişlər Paris, Bordo, Lion və Nitsa kimi şəhərlər də daxil olmaqla 130 fərqli yerdə keçirilir.

Bəzi etirazçılar əllərində Fələstin bayraqları və “demokratiyadan imtina” və “oğurlanmış seçki” kimi şüarlar səsləndiriblər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”