10 sentyabr 2024 16:42
913

MSK bəzi şikayətləri araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərib

Mərkəzi Seçki Komissiyası daxil olan bəzi şikayətləri araşdırılması üçün dairə seçki komissiyalarına, müddəti keçmiş şikayətləri isə ərizəçiyə geri göndərilib.

“İki sahil” xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.

MSK üzvlərinin təqdimatına əsasən, 69 saylı Biləsuvar seçki dairəsindən daxil olan müraciət müəəyən edilmiş vaxtı keçdiyindən ərizəçiyə geri qaytarılıb.

Qeyd edilib ki, 11 saylı Binəqədi-Qaradağ, 120 saylı Cəbrayıl-Qubadlı və 31 saylı Suraxanı ikinci seçki dairəsi haqqında şikayətlərin hər biri araşdırılması üçün müvafiq dairə seçki komissiyasına göndərilib.