Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Braziliya Beynəlxalq Münasibətlər Mərkəzində (CEBRI) keçirilən paneldə Azərbaycanın COP29 gündəliyi çərçivəsində təşəbbüslərindən danışıb.
“İki sahil” xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat ofisi məlumat yayıb.
Bildirilib ki, Y.Rəfiyev “Qitələri birləşdirən: Bakıdan Belenə İqlim Liderliyi üzrə Dialoq” adlı panel müzakirəsində iştirak edib.
O, panel iştirakçılarına COP29 danışıqlarından gözlənilən nəticələri, konfransın gündəliyi çərçivəsində Azərbaycanın təşəbbüsləri, həmçinin COP29-un potensial uzunmüddətli qlobal mirası haqqında məlumat verib.
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir
Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək