23 noyabr 2017 14:08
889

İpoteka Fondu indiyədək 20 min 700 ipoteka krediti verib

“Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) xətti ilə indiyədək verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

AİF-dən bildiriblər ki, fondun xətti ilə 20 min 700 ipoteka krediti verilib. "Azərbaycan İpoteka Fondu"nun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 902 milyon 805 min 057 manatdan çoxdur.