10 sentyabr 2024 23:51
394

Xaçmazda ana 7 yaşlı qızına ağır xəsarətlər yetirib? - VİDEO

Xaçmaz rayonunun Xudat şəhərində ananın öz övladına ağır xəsarətlər yetirdiyi deyilir.

“İki sahil” xəbər verir ki,  bu barədə “Xəzər Xəbər” süjet yayımlayıb.

Məlumata görə, Qusar rayon sakini Səyyarə Qayıbova kirayə yaşadıqları mənzildə 7 yaşlı qızına ağır xəsarətlər yetirib. Hadisə baş verən zaman ata evdə olmayıb. Xəsarət alan azyaşlı ailənin ən böyük övladı olduğu bildirilir. Övladlarının oyun oynamasına əsəbiləşən 7 yaşlı qızını dəmir parçası ilə döyüb.

Hazırda xəsarət alan azyaşlının müalicəsi Xaçmaz rayon Mərkəzi Xəstəxanasında davam edir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu isə bildirib ki, ailədəki digər uşaqların eyni aqibəti yaşamaq ehtimalı nəzərə alınaraq onlar da nəzarətə götürülüblər.

Ətraflı videomaterialda: