22 noyabr 2017 21:06
818

Virtual reallıq insultdan sonra bərpa olunmağa kömək edir

Almaniyanın Bergen Universitetinin alimləri insult keçirmiş pasiyentlərin bərpa olunmasının innovativ metodikasını işləyib hazırlayıblar.

AZƏRTAC “vistanews.ru” saytına istinadla xəbər verir ki, bu metodikanın səmərəliliyi 120 könüllünün iştirakı ilə keçirilən tədqiqatlar zamanı təsdiq edilib. Əvvəlcə respondentləri iki qrupa ayırıblar. Pasiyentlərin bir hissəsi standart üsullarla, digər hissəsi virtual reallıq texnologiyalarının köməyi ilə müalicə olunublar. Tədqiqatların yekunları göstərib ki, hər iki qrupdakı könüllülərin nəticələri, demək olar, identikdir. Həkimlərin sözlərinə görə, bu metodika insult zamanı atrofiyalaşmış ətrafların funksiyalarının bərpa olunmasına kömək edir. Alimlər bu sahədə daha dərin tədqiqatlar aparmaq niyyətindədirlər.