Sentyabrın 5-11-də Çin Xalq Respublikasının Harbin şəhərində Yanğın-xilasetmə idman növü üzrə XIX dünya çempionatı keçirilib.
FHN-nin mətbuat xidmətindən "İki sahil"ə bildirilib ki, yarışda ölkəmizi Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin komandası təmsil edib: "Çempionatda iştirak edən komandamız böyük uğura imza atıb.
Belə ki, döyüş açılışı üzrə əzmkar mübarizə aparan əməkdaşlarımız 30.78 saniyə ərzində qarşıya qoyulan tapşırığı uğurla yerinə yetirməklə 3-cü yerə layiq görülüb və bürünc medalların sahibi olub.
Komandamıza çempionatın kubok, medal və hədiyyələri təqdim edilib".