12 sentyabr 2024 00:12
421

Bu meyvələr xoralardan, infarktdan və xərçəngdən qoruyur

Artıq payız meyvələrinin, heyva və armudun sortları mövsümüdür. Rusiyalı dietoloq Mixail Qinzburq və reabilitasiya həkimi Sergey Aqapkin “Rusiya 1” telekanalında yayımlanan “Ən vacibi haqqında” tok-şousunda bu meyvələrin nə üçün faydalı olduğunu izah ediblər.

Həkimlərin fikrincə, həm heyva, həm də armud bağırsaq hərəkətliliyini yaxşılaşdırır, qastrit və xoraların, həmçinin xərçəng və infarktın qarşısının alınmasında faydalıdır. Əsas odur ki, müntəzəm olaraq yeyilməlidir. Bu meyvələrdəki pəhriz lifi həm iltihab əleyhinə təsir göstərir, həm də xolesterini aşağı salır.

Nubar Süleymanova, “İki sahil”