22 noyabr 2017 16:31
566

Milli Məclisdə dövlət büdcəsinin müzakirəsi davam edir

Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam etdirilir

Noyabrın 22-də Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam etdirilir.

AZƏRTAC xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə yanaşı, büdcə paketinə daxil olan digər qanun layihələri də müzakirə olunur.

İclasda Baş nazirin müavini Abid Şərifov və hökumət üzvləri iştirak edirlər.