22 noyabr 2017 14:29
765

Dünyanın sıfırdan başlayan ən gənc milyarderi

Con Kollison birdən-birə belə məşhurlaşmasından narahat görünsə də, hazırda o, dünyanın sıfırdan zənginləşən ən gənc milyarderidir.

“İki sahil”in “bbc.co.uk” saytına istinadən yaydığı xəbərə görə, 27 yaşlı Kollinson 2011-ci ildə “Stripe” ödəniş sistemini yaradıb. “Stripe” satışla əlaqəli olmadığından adı elə də məşhur deyil, lakin onun qurduğu sistem dünya üzrə xeyli şirkətin onlayn ödənişləri daha rahat qəbul etməsinə və öz saytlarını daha yaxşı idarə etməyə imkan yaradıb. Hazırda bu ödəniş şirkətinin bazar dəyəri 9,2 milyard dollar təşkil edir.

Conun qardaşı Patrik Kollinson isə məşhur “Snapchat” sosial proqramının həmtəsisçisidir.

İrlandiyada kiçik bir kənddə böyüyən bu iki uşağın kompyuterə və texnologiyaya olan marağı uşaqlıqdan çox böyük imiş. Qardaşlar məşhur Harvard və Massaçusets universitetlərinə qəbul olsalar da, təhsillərinə fasilə verərək “Stripe” sisteminin üzərində işləyiblər. Hazırda “Stripe” çox sürətlə böyüyür və 750 əməkdaşı var.

Cona milyarder olmağın necə bir hiss olması barədə sual verdikdə o, “Bu bir kalkulyator işidir”, - deyə cavab verib və bildirib ki, nəticələr yaxşı olsa da, hələ görülməli çox işlər var.