14 sentyabr 2024 02:29
534

İnsan hansı qaydalara əməl etsə sağlam və uzunömürlü olar?

Sağlam həyat sadəcə meyvə-tərəvəz yemək və müntəzəm idmandan ibarət deyil. Bir zamanlar sağlam həyat tərzi daha asan idi. İnsanların 100 yaşa çatana qədər sağlam yaşamaq üçün illərlə maariflənməsinə ehtiyac yox idi. Halbuki indiki vaxtda hər şeyi yanlış təsəvvür etmək çox asanlaşıb. Yenə də şayiələr üzərində etibarlı məlumatları həzm etmək həmişə daha yaxşıdır. Burada bir neçə faydalı sağlamlıq faktı və sağlamlıq məsləhətləri var ki, onlar yalnız sağlam olmağınıza kömək edə etmir, həm də sizin təhlükəsizliniz üçün məlumat çatdırır.

Yer üzündə insanların orta çəkisi 137 funt və ya 62 kilodur.  İnsan bədəni 650-dən çox əzələdən ibarətdir.  Yemək yalnız bir neçə dəqiqə çəksə də, həzm saatlarla davam edə bilər. Piylənmə dünya əhalisinin 30%-də müşahidə olunur.  İçməli su təbii pH balansının saxlanmasına kömək edir.

Optimist insanlar daha uzun yaşayırlar.  Məşq etməmək siqaret çəkməklə eyni ölümcül təsirlərə malikdir. Beyni gücləndirmək üçün yeni dil öyrənmək və ya musiqi alətində ifa etməyi mənimsəmək lazımdır. İnsanlar hər şeyi əl ilə yazdıqda daha asan xatırlayırlar.   Qəhvə içmək depressiya risklərini azaltmağa kömək edir.  Yoqa koqnitiv funksiyanı artırmaq və stresi azaltmaq üçün yaxşıdır.  Yumurtanın tərkibindəki amin turşusu reflekslər üçün yaxşıdır. Bir funt yağ itirmək təxminən 3500 kalori yandırmağa bərabərdir.  Daimi məşq DNT-ni sağlam və gənc saxlayır, beləliklə ömrü uzadır.

Gülmək ürək üçün faydalıdır. Çünki qan axınını 20% artıra bilər.  İnsan yorğun olduqda belə, məşq enerji səviyyəsini yüksəldə bilər.

İstehlak üçün ən sağlam yağ süzmə zeytun yağıdır. Böyrəklər gündə təxminən 300 dəfə qanı süzmək məqsədilə optimal fəaliyyət üçün suya ehtiyac duyurlar.

Nubar Süleymanova, “İki sahil”