14 sentyabr 2024 09:30
315

FETÖ-yə qarşı "Kıskaç-27" əməliyyatı: 39 nəfər saxlanılıb

Türkiyənin 17 vilayətində FETÖ-yə qarşı "Kıskaç-27" əməliyyatı keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazir social media hesabında qeyd edib ki, Adana, Antalya, Balıkesir, Bursa, Çorum, Denizli, Edirne, Eskişehir, Gaziantep, Kocaeli, Manisa, Malatya, Mardin, Osmaniye, Samsun, Şanlıurfa və Zonguldakda keçirilən əməliyyatlarda 39 nəfər saxlanılıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”