Sakaryanın (Türkiyə) Hendek rayonundakı “Oba Makarna” fabrikində partlayış baş verib.
“İki sahil” İHA-ya istinadla xəbər verir ki, hadisə yerli vaxtla saat 13:20 radələrində olub.
Baş verən partlayış anının yeni görüntüləri ortaya çıxıb. 30 nəfərin yaralandığı partlayışın intensivliyi saniyə-saniyə qeydə alınıb.
İlkin məlumata görə, partlayış fabrikin dəyirman hissəsində baş verib.
Yaralananlardan birinin 12 yaşlı uşaq olduğu bildirilir. Atası ilə iş yerinə gələrkən partlayış nəticəsində yaralanan uşağın səhhətinin yaxşı olduğu öyrənilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”