16 sentyabr 2024 12:17
260

MSK 3 namizədin müraciəti üzrə DSK qərarlarını qüvvədə saxlayıb

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar parlament seçkiləri ilə əlaqədar 63 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsi üzrə qeydə alınan namizəd Vahid Qocayevin, 11 saylı Binəqədi-Qaradağ Seçki Dairəsindən qeydə alınan namizəd Fəxrəddin Mehdiyevin və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə qeydə alınan namizəd Araz Şahverdiyevin müraciətlərinə baxılıb.

“İki sahil” xəbər verir ki, MSK namizədin müraciətini təmin etməyib, DSK-ların qərarları qüvvədə saxlanılıb.