21 noyabr 2017 17:27
618

Manatın məzənnəsi möhkəmlənib

“Cari ilin əvvəlindən milli valyutanın məzənnəsi möhkəmlənib. Bu müddətdə 10 faiz bənd möhkəmlənmə qeydə alınıb”. 

AzVision.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2018-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, cari ilin əvvəli ilə müqayisədə iqtisadi geriləminin sürəti azalıb: 

“Valyuta ehtiyatlarından qənatələ istifadə edilməsi, fiskal tədbirlər hesabına 9 ayda icmal büdcənin kəsiri daralıb, əksinə 1,2 faiz bənd profisit əldə olunub”.