Milli Məclisdə 2018-ci il üzrə dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilir
Noyabrın 21-də Milli Məclisin növbəti plenar iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov iclası açaraq gündəlik barədə məlumat verib.
Gündəliyə əsasən iclasda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə edilir.
İclasda Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə və hökumət üzvləri də iştirak edirlər.
Deputatlar, həmçinin “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrini, Milli Məclisin və Hesablama Palatasının xərclər smetalarını nəzərdən keçirəcəklər.