18 sentyabr 2024 00:39
373

“Lancet” jurnalından qorxulu açıqlama: 2050-ci ilə qədər…

Beynəlxalq alimlər qrupu “Lancet” tibb jurnalında bildirib ki, antibiotiklərə davamlı bakteriyalar qarşıdakı 25 il ərzində 39 milyondan çox insanı öldürə bilər.

Alimlərin fikrincə, 2050-ci ilə qədər antibiotiklərə davamlı bakteriyalar hər il dünyada 1,91 milyon insanın ölümünə səbəb olacaq. Həmçinin 8,22 milyon ölüm antibiotiklərə qarşı müqavimət ilə əlaqəli ağırlaşmalara görə olacaq.

Məqalədə deyilir: "2025-ci ildən 2050-ci ilə qədər ümumi olaraq, istinad ssenarimiz antibiotiklərlə əlaqəli ölümlərin dəhşətli şəkildə artacağını proqnozlaşdırır".

Alimlərin fikrincə, qurbanların ən çox sayı Cənubi və Şərqi Asiyada, eləcə də Okeaniya və Saharadan cənubda Afrikada gözlənilir.

Xatırladaq ki, bundan bir qədər əvvəl “Tayms” qəzeti də yazmışdı ki, avropalı həkimlər yaralı Ukrayna əsgərlərində antibiotiklərə davamlı bakteriya aşkar edirlər. Bu, müalicəni və reabilitasiyanı çətinləşdirir.

Nubar Süleymanova, “İki sahil”