Xalq artisti Tünzalə Ağayeva “Kiçik addımlarla böyük uğurlar” festivalında iştirak edib.
“İki sahil” xəbər verir ki, tədbir “Shokki Mokki” və “Vuzuzela Media”nın dəstəyi ilə gerçəkləşib. “Məktəbim” layihəsinin səfiri olan pop ulduz bu dəfə Lənkəranda tamaşaçılarının qarşısına çıxıb. Ən sevilən hitlərini səsləndirən müğənnini lənkəranlılar böyük coşğu və izdihamla qarşılayıblar.
Pərəstişkarları pop ulduzla mahnıları birlikdə əzbərə söyləyiblər. Qırmızılara bürünən estrada ulduzu dinləyicilərinə xoş anlar yaşadıb.
Qeyd edək ki, pop ulduzun sözügedən layihə çərçivəsində növbəti çıxışı sentyabrın 19-u Sumqayıt şəhərində baş tutacaq.
MEMİM-in “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi üzrə növbəti seminar keçiriləcək
Xalq artisti Tünzalə Ağayeva Xorvatiyada “Azərbaycan musiqisi gecəsi"ndə çıxış etdi - VİDEO
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası