21 noyabr 2017 14:39
905

Ayaqqabı 15 milyon dollara satıldı

Britaniyalı dizayner Debbi Uinqem dünyanın ən bahalı ayaqqabısını təqdim edib.  Ayaqqabılar Dubayda yaşayan müştəri tərəfindən sifariş verilib. Müştəri ayaqqabıları məhz qohumunun 30 illik yaş dönəminə hədiyyə etmək üçün sifariş verib. Dəridən hazırlanan ayaqqabıların qiyməti  15,1 milyon dollar dəyərindədir.

Dizayner  ayaqqabının istehsalında mindən çox  qiymətli qaşlardan istifadə edib. Bu qaşların içərisində iri ağ, nadir çəhrayı və mavi rəngdə brilyantlardan istifadə olunub. Ayaqqabının bağlanan  və dəmir hissələrində isə təmiz qızıldan istifadə olunub. Hətta dəri ayaqqabının üzəri də 24 karatlıq qızıl ilə rənglənib. Ayaqqabının tikiş hissələrində belə qızıl saplardan istifadə olunub. 

Dizayner Debbi dünyanın ən bahalı geyiminin də yaradıcısıdır. Onun yaratdığı paltarın qiyməti 15, 45 milyon dollar dəyərində olub. Bu paltar 2013-cü ildə tikilib və üzərində qırmızı brilyant qaşlardan istifadə olunub. Bu paltar da, məhz ərəb qadını üçün nəzərdə tutulub.

Könül Əliyeva, “İki sahil”