18 sentyabr 2024 14:32
343

Azərbaycanlı balaca ifaçılar İspaniyada birinci oldular

Bakı şəhəri Suleyman Ələsgərov adina 1 nömrəli Uşaq  İncəsənət Məktəbinin şagirdləri növbəti dəfə beynəlxalq müsabiqədə Azərbaycanı layiqincə təmsil ediblər.

“İki sahil” xəbər verir ki, məktəbin fortepiano müəllimi Sevda Qurbanzadənin şagirdləri Sumayə ZeynalovaZeynəb İsmayilova  İspaniyada keçirilən “İnternational art media contest” musiqi müsabiqəsində 11-12 yaş qrupunda ansambl  ifası üzrə birinci yerə layiq görülüblər.

Beynəlxalq müsabiqəyə onlayn qatılan balaca ifaçılarımızın  çıxışı münsiflər tərəfindən  yüksək qiymətləndirilib və onlara növbəti yarışlarda da iştirak etmək tövsiyə olunub.

Şagirdlər qazandıqları uğura görə öz müəllimlərinə minnətdarlıllarını bildiriblər.