20 sentyabr 2024 11:22
73

Yang Bin: Bir kəmər, bir yol layihəsi üzrə daşımalar artır

Bir kəmər, bir yol layihəsi üzrə işlər davam edir, qatarların və daşınan yüklərin miqdarı artır.

“İki sahil” xəbər verir ki, bunu "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol adminstrasiyaları rəhbərlərinin məşvərət toplantısında Çin Dəmir yolu Konteyner Daşımaları Korporasiyasının prezidenti Yang Bin deyib.

"Bu bizim üçün fürsətlər deməkdir. Bu proseslər hamısı iştirakçı ölkələrin səyləri nəticəsində baş verir", - deyə o, əlavə edib.

Xarici qonaq layihə üzrə müəyyən çətinliklərin də yaşandığını deyib: "Bir tərəfdən biz risklərlə üzləşirik, digər tərəfdən isə, xüsusən də Xəzər dənizindən keçəndə bəzi proseslər uzanır, daşıma müddəti artır, belə olduqda isə digər ölkələrlə rəqabət qabiliyyəti azalır. "Azərbaycan Dəmir Yolları" QSC-ə belə bir tədbirin təşkili üçün təşəkkür edirəm. Gələcəkdə əməkdaşlığımızın daha da genişləndirilməsini istəyirəm".