20 sentyabr 2024 11:37
110

“SOCAR Türkiyə” “Əsrin müqaviləsi”nin 30-cu ildönümü münasibətilə paylaşım edib - VİDEO

Xəzər dənizindəki neft və təbii qaz ehtiyatlarının beynəlxalq aləmdə qiymətləndirilməsi məqsədilə 1994-cü ildə Azərbaycanın imzaladığı “Əsrin müqaviləsi” ölkənin enerji müstəqilliyinə zəmin yaradan tarixi dönüş nöqtəsidir. Bu saziş Azərbaycanı qlobal enerji arenasında mühüm oyunçuya çevirən strateji əməkdaşlıqdır.

“İki sahil” xəbər verir ki, “SOCAR Türkiyə” “Əsrin müqaviləsi”nin 30-cu ildönümü münasibətilə paylaşım edib.

Paylaşımda qeyd olunur: “Bu gün 30-cu ildönümünü qeyd edilən “Əsrin müqaviləsi”nin böyük uğurunu “SOCAR Türkiyə”dəki dəyərli həmkarlarımızın ifadə etdikləri kimi sizlərə təqdim edirik. “Əsrin müqaviləsi”nin 30 illiyi mübarək!”